Azərbaycanı bu turnirdə təmsil edəcək iki komandanın potensial rəqibləri

28 May 14:20 Araşdırma 338
Azərbaycanı bu turnirdə təmsil edəcək iki komandanın potensial rəqibləri

Konfrans Liqasının 2025-26 mövsümünün ilk püşkatmalarına qatılacaq 86 komanda bilinir.

həmin klubların bəziləri həm də Azərbaycanı bu turnirdə təmsil edəcək iki komandanın potensial rəqibləridir.

I təsnifat mərhələsində 52 komanda 26 cüt təşkil edəcək. Onlardan 47-nin adı artıq dəqiqdir.

26 cütün qalibləri ilk raunddan azad olan 62 komandaya qoşulacaq. Birbaşa II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 39 klub da müəyyənləşib.

Azərbaycan klubları Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaqlar. Onlardan biri “Araz-Naxçıvan”dırsa, digəri ya “Zirə”, ya da “Turan Tovuz” olacaq.

Komandalarımız püşkatma zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Onların 20 mümkün rəqibi artıq məlumdur.

I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə 18-də atılacaq.

I təsnifat mərhələsi

Səpələnmişlər

“Şemrok Rovers” (İrlandiya)

“Boraç” (Bosniya və Herseqovina)

HİK (Finlandiya)

“Flora” (Estoniya)

“Klaksvik” (Farer adaları)

“Vikinqur” (İslandiya)

“Pünik” (Ermənistan)

“Petrokub” (Moldova)

“Larne” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

“Partizani” (Albaniya)

“Sent Patriks” (İrlandiya)

“La Fiorita” (San Marino)

“Sutyeska” (Monteneqro)

“Vlajniya” (Albaniya)

“Jalgiris” (Kaunas, Litva)

“Ordabası” (Qazaxıstan)

“Floriana” (Malta)

“Koper” (Sloveniya)

Ermənistan çempionatının 2-cisi və ya 3-cüsü

“Torpedo” (Belarus)

“Sent Jozefs” (Cəbəllütariq)

“Dila” (Gürcüstan)

Səpələnməmişlər

“Auda” (Latviya)

“Neman” (Belarus)

“Maqpies” (Cəbəllütariq)

“Atletik” (Andorra)

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Valyur” (İslandiya)

“Tre Fiori” (San Marino)

“Jelezniçar” (Bosniya və Herseqovina)

“Kliftonvill” (Şimali İrlandiya)

“Birkirkara” (Malta)

“Rasinq Union” (Lüksemburq)

“Sileks” (Şimali Makedoniya)

“Dauqavpils” (Latviya)

“Malişeva” (Kosovo)

SJK (Finlandiya)

“Runavik” (Farer adaları)

“Heqelman” (Litva)

“Nomme Kalyu” (Estoniya)

“Dinamo” (Tirana, Albaniya)

“Haverforduest” (Uels)

“Penibont” (Uels)

“Vardar” (Şimali Makedoniya)

“Rabotniçki” (Şimali Makedoniya)

Qeyri-müəyyənlər

“FK Santa Koloma” (Andorra)

“Dinamo” (Brest, Belarus)

Monteneqro kubokunun qalibi

Lüksemburq çempionatının 2-cisi və ya 3-cüsü

II təsnifat mərhələsi

Səpələnmişlər

“Alkmaar” (Niderland)

“Sparta” (Çexiya)

“Başakşəhər” (Türkiyə)

“Makkabi” (Hayfa, İsrail)

“Omoniya” (Kipr)

“Yagelloniya” (Polşa)

“Santa Klara” (Portuqaliya)

“Astana” (Qazaxıstan)

Belçika çempionatının 5-cisi

Xorvatiya çempionatının 2-cisi

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

AEK (Yunanıstan)

“Ballkani” (Kosovo)

“Dunayska Streda” (Slovakiya)

“Rakuv” (Polşa)

“Vikinq” (Norveç)

“Rusenborq” (Norveç)

“Aris” (Yunanıstan)

“Austriya” (Avstriya)

“Vaduts” (Lixtenşteyn)

Avstriya çempionatının 5-cisi

“Dandi Yunayted” (Şotlandiya)

Səpələnməmişlər

“Hibernians” (Malta)

AİK (İsveç)

“Jilina” (Slovakiya)

“Aleksandriya” (Ukrayna)

“Polissya” (Ukrayna)

“Dyor” (Macarıstan)

“Universitatya Kluj” (Rumıniya)

Bolqarıstan çempionatının 3-cüsü və ya 4-cüsü

Azərbaycan çempionatının 2-cisi və ya 4-cüsü

“Araz-Naxçıvan” (Azərbaycan)

“Zimbru” (Moldova)

“Droheda” (İrlandiya)

“Akyureyri” (İslandiya)

“Danqannon” (Şimali İrlandiya)

“Banqa” (Litva)

“Spaeri” (Gürcüstan)

Qeyri-müəyyənlər

Danimarka çempionatının 2-cisi və ya 3-cüsü

Danimarka çempionatının 3-cüsü və ya 4-cüsü

İsveçrə çempionatının 4-cüsü və 5-cisi

“Puşkaş Akademiyası” (Macarıstan)

“Universitatya Krayova” (Rumıniya)

İsrail çempionatının 2-cisi

“HB Torshavn” (Farer adaları)

“Sarayevo” (Bosniya və Herseqovina)

“Aris” (Kipr)

İsveç çempionatının 2-cisi

Xorvatiya çempionatının 2-cisi və ya 4-cüsü

Serbiya çempionatının 2-cisi

Serbiya çempionatının 3-cüsü

Bolqarıstan çempionatının 3-cüsü və ya 4-cüsü

Lüksemburq kubokunun qalibi və ya çempionatının 2-cisi

Digər Xəbərlər
Xəbər Lenti