Azərbaycan klubları üçün Avropada yeni potensial rəqiblər - SİYAHI

14:20 Araşdırma 178
Azərbaycan klubları üçün Avropada yeni potensial rəqiblər - SİYAHI

"Zirə" və “Araz-Naxçıvan”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində daha üç potensial rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, hər iki təmsilçimiz püşkatmada səpələnişlər sırasında yer alacaq.

Əvvəllər məlum olan potensial rəqiblərə aşağıdakı klublar əlavə olunub: “Santa-Klara”(Portuqaliya), “Maribor”(Sloveniya) və “Aris”(Yunanıstan).

Beləliklə, 44 mümkün rəqibdən hazırda 11-i məlumdur: “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Santa-Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkan” (Kosovo), “Rosenborq” (Norveç) və “Aris”(Yunanıstan).

İkinci turun püşkatma mərasimi iyunun 18-də keçiriləcək.

“Zirə” yeni mövsümə Konfrans Liqasında deyil, Avropa Liqasının I təsnifat mərhələsində başlaya bilər. Belə ki, “Qarabağ” ölkə kubokunun finalında “Sabah”a qalib gəlsə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında mübarizə aparacaq.

Hazırda isə “Zirə” Konfrans Liqasında təsnifat mərhələsinin 2-ci raundunda iştirak hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti