
AFFA Premyer Liqanın XXXIV turunda baş tutan "Kəpəz" - "Sumqayıt" matçı ilə bağlı cəzaları açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mayın 11-də baş tutan görüşün 89-cu dəqiqəsində "Sumqayıt”dan Rəşad Əzizli və Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün ikisi şərti olmaqla 4 oyunluq cəzalandırılıblar.
Futbolçularının hərəkətinə görə Sumqayıt təmsilçisi ümumilikdə 6000 manat cərimələnib. Hər iki oyunçuya 3 ay sınaq müddəti təyin edilib.
“Kəpəz” 6 futbolçusunun sarı vərəqə almasına görə 700 manat, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 1000 manat ziyana düşüb.
Oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə Gəncə klubu əlavə 1500 manat da ödəməli olacaq.
XXXIV turun “Sabah” – “Şamaxı” oyununda isə əsasnamənin tələbləri pozulduğu üçün meydan sahibləri 500 manat cərimələnib.
Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: