
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, siyahıda 501 klub yer alıb. Onların arasında Azərbaycanın 4 təmsilçisi var.
"Qarabağ" əvvəlki reytinqə nisbətdə 10 pillə irəliləyib. Qurban Qurbanovun komandası 143,5 xalla 114-cüdür.
“Zirə” 220-ci yerdən 233-cu sıraya (94,75 xal) düşüb.
26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci yerdədir.
"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.
Cədvələ 490 xalla "Real" liderlik edir. “Barselona” 434 xalla 2-ci, "İnter" 390 xalla 3-cüdür.