Biri “Neftçi”dəndir - Premyer Liqada bu dəfə 5 futbolçuya qadağa qoyuldu

2 May 19:20 Araşdırma 479
Biri “Neftçi”dəndir - Premyer Liqada  bu dəfə 5 futbolçuya qadağa qoyuldu

Premyer Liqanın 33-cü turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Beş komandadan beş futbolçu həftəsonu baş tutacaq matçları kənardan izləyəcək.

Bunlar Alexandro Serrano ("Turan Tovuz"), Ürfan Abbasov ("Araz-Naxçıvan"), Dioqo Verdaska ("Kəpəz"), Dmitri Litvin ("Səbai"l) və Mustafa Sekdir ("Neftçi").

Adları çəkilənlər öncəki turda sarı vərəqəni limitini doldurduqları üçün cəzalı duruma düşüblər.

Maraqlı məqam odur ki, Serrano xaric, digər dörd nəfər müdafiəçidir.

Mayın 2-də “Zirə” – “Turan Tovuz”, ertəsi “Şamaxı” – “Səbail”, “Araz-Naxçıvan” – “Sabah”, mayın 4-də “Qarabağ” – “Sumqayıt”, “Neftçi” – “Kəpəz” matçları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti