Premyer Liqaya vəsiqə qazanan  klubların GİZLİ PLANI

30 Aprel 20:00 Araşdırma 452
Premyer Liqaya vəsiqə qazanan  klubların GİZLİ PLANI

I Liqada Premyer Liqaya vəsiqə qazanan komandaların adları məlumdur.

“Qəbələ” çempionluğu rəsmiləşdirib, “İmişli” ilə “Karvan”ın mövsümü ilk “3-lük”də başa vuracağı dəqiqləşdirib.

Bundan sonrakı sual adları çəkilən klub-komandaların növbəti mövsümdə elitada iştirakına icazə verilib-verilməyəcəyidir. Çünki Premyer Liqada mübarizə aparmaq üçün tələb olunan meyarlara cavab vermək mütləqdir.

“Qəbələ”nin bu baxımdan problemi yoxdur. Stadion, infrastruktur, akademiya – digər klubların qibtə edəcəyi şəraitə sahibdir.

“İmişli” ilə “Karvan”ın çatışmazlıqları xirtdəyə qədərdir. Dərinə getmədən təkcə stadiondakı çatışmazlıqları vitrinə qoymaq bəs edir. Ən böyük problem qazonla bağlıdır ki, bu nöqsanı aradan qaldırmaq maliyyə və zaman tələb edir.

AFFA İcraiyyə Komitəsi Premyer Liqaya yüksələcək klublara güzəşt müddəti verib. Həmin vaxt ərzində çatışmazlıqlar aradan qaldırılmalı, assosiasiyaya məlumat verilməlidir. İndi əsas məsələ növbəti mövsümün startı üçün stadion tapmaqdır.

Aldığımız məlumata görə, “İmişli” ilə “Karvan” rəsmiləri iki variant üzərində baş sındırır. Biri Qəbələ stadionudur, digəri Bakıdakı “ASCO Arena”.

Əvvəlki illərdə “Kəpəz”in Qəbələyə sığındığını nəzərə alan rəsmilər bu üsuldan yararlamaq üçün qarşı tərəfə müraciət etmək niyyətindədir. Təbii ki, rəqiblərini burada qəbul etmək üçün “Qəbələ”yə müəyyən vəsait ödəmək şərtilə.

“ASCO Arena” isə bu gedişlə yeni mövsümdə boş qalacaq. “Səbail”in I Liqaya yuvarlanması an məsələsi olduğundan, klublardan biri AFFA-ya müraciət etməklə Bayıldakı stadionun xidmətindən yararlana bilər. Bunun üçün “Səbail”in taleyinə aydınlıq gəlməlidir.

Bütün bunlar bu günü əhatə edən plan və məlumatdır. “Karvan” rəhbərliyi stadionu avqust-sentyabr aylarına qədər stadionu tam hazır vəziyyətə gətirmək üçün dəridən-qabıqdan çıxır. Məqsəd ev oyunlarını yevlaxlı azarkeşlərin gözləri önündə keçirməkdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!