Azərbaycanda YENİLİK - Pensiya və maaşları belə əldə edəcəksiz

26 Aprel 07:50 Araşdırma 4 354
Azərbaycanda YENİLİK - Pensiya və maaşları belə əldə edəcəksiz

“Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu”.

Bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O qeyd edib ki, 30-dan çox sual ətrafında konstrurktiv müzakirələr aparılıb:

“Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşları və pensiyalarının sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir”, – deyə Ə.Həsənov bildirib

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!