Nə qədər könüllünün cəlb olunması gözlənilir? - Azərbaycanda keçiriləcək MDB Oyunlarına

23 Aprel 2025 21:20 Araşdırma 522
Nə qədər könüllünün cəlb olunması gözlənilir? - Azərbaycanda keçiriləcək MDB Oyunlarına

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışla bağlı təşkil olunmuş mətbuat konfransında bildirilib.

Turnir üçün Könüllü Proqramına da start verilib. Bölgələrdə bu istiqamətdə bir sıra tədbirlərin görüldüyü, gənclərlə maarifləndirici görüşlərin keçirildiyi diqqətə çatdırılıb.

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti