
Çilidə keçirilən Libertadores kuboku matçı ərəfəsində xaos yaşanıb, nəticədə uşaqlar ölüb.
Vəziyyət Cənubi Amerika kimi problemli region üçün olduqca mənasızdır, ancaq KONMEBOL rəhbərliyi indi ümidsiz şəkildə bütün günahkarları axtarır və onları cəzalandırmağa hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatların məsul şəxslərindən biri Pablo Milad artıq oyun zamanı meydançaya qaçan və faciələrə səbəb olan hadisələri təhrik edən şəxslərin 18 ilə qədər diskvalifikasiya olunacağını açıqlayıb.
Digərlərinə isə 6 ildən 12 ilə qədər futbol matçlarına gəlmək qadağan ediləcək. Bundan başqa, əlavə təhlükəsizlik tədbirləri görüləcək, xüsusən də, stadiondan 400 metr radiusda polis kordonlarının yaradılması nəzərdə tutulur.