Klubun sabiq prezidentinin “General” qardaşının qəbri tapıldı - FOTOLAR

10 Aprel 2025 00:30 Araşdırma 588
Klubun sabiq prezidentinin “General” qardaşının qəbri tapıldı - FOTOLAR

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirovun atasının məzarı tapılıb.

Sportinfo.az xəbər verir ki, məzar Ağdam rayonununda yerləşir.

Ermənistanın işğalı zamanı onminlərlə azərbaycanlının qəbri kimi Vüqar Nadirovun atası Ərşad Nadirovun da qəbri dağılıb və Ağdam azad olunduqdan təxminən 4 il yarım sonra çətinliklə aşkarlanıb.

Ərşad Nadirov birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən idi. “General Ərşad” batalyon komandiri 1993-cü ilin iyulun 22-də, 43 yaşında şəhid olub və Ağdam rayonunda dəfn edilib.

Hazırda “Şəmkir”in baş məşçqisi olan V.Nadirov işğaldan azad Ağdam rayonuna səfəri zamanı atasının tapılan məzarına baş çəkib. Şəkillərdən görünür ki, Ə.Nadirovun da qəbri dağıdılıb və lentlə əhatəyə alınıb.

Ə.Nadirov “Qarabağ”ın prezidenti olmuş Adil Nadirovun qardaşıdır.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti