Azərbaycanda oyun “alver”inə görə ömürlük cəza alan futbolçu haqda XƏBƏR

6 Aprel 2025 00:50 Araşdırma 2 884
Azərbaycanda oyun “alver”inə görə ömürlük cəza alan futbolçu haqda XƏBƏR

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, burada I Liqada çıxış edən “Mingəçevir”in sabiq futbolçusu Muxtar Nəzərli barəsində verilən qərardan şikayətə baxılıb.

Danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM