Bu xəbər onlara xoş deyil - Samir Abasov, Elvin Camalov və daha dörd nəfər

5 Aprel 2025 16:00 Araşdırma 2 732
Bu xəbər onlara xoş deyil - Samir Abasov, Elvin Camalov və daha dörd nəfər

Premyer Liqanın 29-cu turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.

Dörd futbolçu və bir baş məşqçi oyunları kənardan izləməyə məcburdur.

Sarı vərəqə limitini dolduran Samir Abasov texniki zonada yer ala bilməyəcək.

Əsas zərbə “Turan Tovuz”a dəyib. Faiq Hacıyevlə Kristian da Silva “Qarabağ”la görüşdən sonra cəzalı duruma düşüblər. “Neftçi”dən Elvin Camalov, “Səbail”dən Süleyman Alluş eyni səbəbdən meydana çıxmağa məhrum olub.

Aprelin 5-də “Səbail” – “Turan Tovuz”, ertəsi “Sabah” – “Kəpəz”, “Qarabağ” – “Zirə”, aprelin 7-də “Şamaxı” – “Neftçi”, “Araz-Naxçıvan” – “Sumqayıt” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti