Küləklə bağlı XƏBƏRDARLIQ

2 Aprel 2025 07:10 Araşdırma 748
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu haqda Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, aprelin 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Naxçıvan MR, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Gəncə, Samux, Şəmkir, Ağdaş, Tovuz, Ağstafa, Qazax, Neftçala, Salyan, Sabirabad, İmişli, Hacıqabul, Zərdab, Şirvan, Şabran, Siyəzən, Tərtər, Yevlax, Bərdə, Ağdam, Göygöl, Ucar, Kürdəmir, Gədəbəy, Beyləqan, Ağcabədi, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Saatlı, Astara və Qubada qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kəlbəcər, Daşkəsən, Naftalan, Goranboy, Göyçay, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala, Qax, Mingəçevir, Xaçmaz, Xızı və Qusarda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM