Qarabağa köçən və işləyənlərin sayı məlum oldu

15 Mart 06:10 Araşdırma 254
Qarabağa köçən və işləyənlərin sayı məlum oldu

İşğaldan azad olunmuş ərazilərə 10 mindən çox şəxs köçürülüb və evlərlə təmin edilib.

Bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bidirilib ki, indiyədək respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10 233 nəfərin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdərə və Xocalı rayonlarına köçürülməsi təmin olunub.

Bütövlükdə isə 30 minə yaxın insan orada yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 5347,2 mln. manat vəsait ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI