COP29

Ölkəmizdə iş və istirahət günlərinin yeri dəyişdirildi - Yeni ildə

29 Noyabr 07:40 Araşdırma 445
Ölkəmizdə iş və istirahət günlərinin yeri dəyişdirildi - Yeni ildə

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.

Digər Xəbərlər
Xəbər Lenti