Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) avqust ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 502 klubun olduğu siyahıda Azərbaycanın dörd komandası yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi”.
Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 182,75 xal toplayaraq 34-cü yerdən 52-ci yerə düşüb. “Qarabağ”ı “Real Sosyedad” və “İndependiente”(Medellin)(hər biri 185) qabaqlayıb. Azərbaycan çempionu “Kruzeyro”nu (181) geridə qoyub.
“Zirə” isə böyük sıçrayışla 280-ci yerdən 211-ci yerə yüksəlib (91,25). Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivdən bir pillə yuxarıda Rumıniyanın “Otselul” və “Klaksvik” (hər biri 91,5) klubları yer alıb. Kolumbiyanın “Onse Kaldas” (91) komandası isə təmsilçimizdən geridədir.
"Sabah" İsveçrənin “Sürix”, Türkiyənin "Antalyaspor" və Polşanın "Şlensk” klublarıilə 59-cu pilləni bölüşür. Təmsilçimiz 382-ci yerdən 428-ci yerə (59) düşüb.
Türkmənistanın “Altın Asır”ı daha yüksəkdə (59,25), aşağıda isə Cənubi Koreyanın “Qanqvon”u və Hondurasın “Marafon” (hər biri 58,75) komandaları yer alıb.
“Neftçi” isə Konqonun “Maniema Union” və Türkiyənin “Kayserispor” klubları ilə (hamısı - 53,5) şərik olmaqla 431-ci yerdən 482-ci yerə düşüb. “Neftçi” Ukraynanın “Rux”, Şimali Makedoniyanın “Struqa”(hər biri 54) komandalarını qabaqlayıb.
Reytinqdə ilk pillədə "Real" (Madrid) yer alıb.