COP29

Bizimkilərdən onu görənlər soruşacaq - Bu, “əzazil” kimdir?

8 Sentyabr 16:30 Araşdırma 618
Bizimkilərdən onu görənlər soruşacaq - Bu, “əzazil” kimdir?

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun təyinatları bəlli olub.

Qarşılaşmada Polşanı təmsil edən hakimlər briqadası iş başında olacaq.

FIFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

FIFA referisi statusuna 2019-cu ildə yiyələnən 32 yaşlı referinin beynəlxalq oyun təcrübəsi zəngin deyil.

Elə buna görədir ki, indiyə qədər heç vaxt Azərbaycan və Slovakiya millilərinin matçlarını idarə etməyib. Bu ölkələrin klub təmsilçilərinin avrokubok oyunlarına da görəv almayıb. Bir sözlə, hər iki tərəf üçün yeni simadır.

Yeri gəlmişkən, bu matç polşalı hakimin karyerasında A milli komandalar səviyyəsində fit çaldığı ikinci qarşılaşma olacaq.

Silvestrjak ötən mövsüm təyinat aldığı bütün turnirlərdə göstərdiyi qırmızı vərəqələrin sayına görə fərqlənib. Ölkədaxili yarışlarda, eləcə də milli və klub turnirlərində əlini 11 dəfə “qırmızı” üçün cibinə atıb.

Sentyabrın 8-də Koşitsedə keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti