"Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq uğrunda “Dinamo” ilə qarşılaşacaq.
Ötən həftə Zaqrebdə keçirilən qarşılaşmada rəqibinə 0:3 hesabı ilə uduzan ”köhlən atlar” revanş arzusundadır.
Bunun üçün “ağ-göylər” qapısından azı 3 top keçirmək lazımdır.
“Qarabağ”ın doğma meydanda oynaması təmsilçimiz üçün böyük üstünlükdür. Bu məqamda “Dinamo”nun səfər qarşılaşmalarında mümkün məğlubiyyətlərini xatırlatmaq yerinə düşər.
Uzaq keçmişə boylanmağa gərək yoxdur. Xorvatiya nəhənginin təkcə ötən avrokubok mövsümündə keçirdiyi səfər oyunlarına nəzər salaq.
Astana – Dinamo 0:2
AEK – Dinamo 2:2
Sparta (Praqa) – Dinamo 4:1
Astana – Dinamo 0:2
Balkani – Dinamo 2:0
Viktoriya (Plzen) – Dinamo 1:0
Real Betis – Dinamo 0:1
PAOK – Dinamo 5:1
Nəticələrdən də göründüyü kimi, paytaxt təmsilçisi yad meydanında keçirdi 8 görüşün yalnız 3-də qalib gəlib ki, 2-də “Astana”nı udub, digər halda möcüzə nəticəsində “Real Betis”i üstələyib.
Əvəzində, “Maksimir” stadionunda udduğu “Sparta”yla PAOK-a səfər qarşılaşmalarında darmadağın olub. Qapısından müvafiq olaraq 4 və 5 top buraxıb.
Bu, o deməkdir ki, “Qarabağ” öz oyununu göstərəcəyi və qol imkanlarından maksimum yararlanacağı halda “Dinamo” önündə istədiyi nəticəni qazanıb ən yaxşı Çempionlar Liqasının 36 komandasından biri ola bilər.
Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

