“Meymunçiçəyi virusunun yayılması koronavirusda olduğu qədər təhdid doğurmur”

21 Avqust 2024 07:10 Araşdırma 594
“Meymunçiçəyi virusunun yayılması koronavirusda olduğu qədər təhdid doğurmur”

“Meymunçiçəyi virusunun yayılması Avropa ölkələri üçün koronavirusda olduğu qədər təhdid doğurmur”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Klyuqe deyib.

O hesab edir ki, meymunçiçəyi virusu yeni COVID deyil.

“Biz Avropa regionunda meymunçiçəyini necə nəzarətdə saxlamağı, eləcə də xəstəliyin yayılmasına yol verməmək üçün atılmalı olan addımları bilirik”, - deyə Klyuqe əlavə edib.

Avqustun 14-də ÜST meymunçiçəyi virusunun yayılmasını səhiyyədə fövqəladə vəziyyət elan edib.

Hazırda Afrika ölkələrində virusun yayılması müşahidə edilir. Ötən həftə İsveçdə də bu virusa yoluxma halı qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti