COP29

Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerləri - SİYAHI

22 Fevral 15:50 Araşdırma 383
Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerləri - SİYAHI

İşğaldan azad edilmiş rayonlarda 2023-cü il ərzində 1 271 yeni iş yeri açılıb.

Bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 59% artıb. Belə ki, 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yerləri yaradılıb.

Ötən il ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 625, Şuşada isə 275 yeni iş yeri yaradılıb.

Aşağıdakı cədvəldə 2022-ci ildə və 2023-cü ildə yeni yaradılmış iş yerlərinin sayı verilib:

Azad edilmiş rayonlar 2022-ci il 2023-cü il
Ağdam 184 135
Füzuli 154 52
Xocalı 8 6
Xocavənd 100 52
Şuşa 128 275
Cəbrayıl 53 64
Kəlbəcər 49 28
Qubadlı 64 8
Laçın 9 625
Zəngilan 48 26
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!