Ünlü futbolçuların varlı xanımları: Heç bilirsiz, siyahıda kimlər var? - FOTOLAR

7 Dekabr 2023 02:30 Araşdırma 1 043
Ünlü futbolçuların varlı xanımları: Heç bilirsiz, siyahıda kimlər var? - FOTOLAR

Dünya səviyyəli futbolçuların hansı şan-şöhrətə sahib olduqları hər kəsə məlumdur.

Başqaları da onların uğurlarında öz payını alır.

Onlar arasında qadınlar da var. İndi bəzi xanımlar hər şeyi özləri edir.

Amma elələri də var ki, futbolçunun nüfuzu onun uğurunda böyük paya sahib olur.

Elə bu məqamı nəzərə alaraq, futbolçuların həyat yoldaşı olan ən zəngin 10 xanımların siyahısına nəzər salmaq qərarına gəldik.

Rebeka Vardi, 3 milyon funt sterlinq

“Lester Siti”nin hücumçusu Ceymi Vardinin həyat yoldaşı, 41 yaşlı Rebekka 2017-ci ildə “Mən məşhuram” və 2021-ci ildə “Buzda rəqs” realiti-şousunda rol alıb. O, dəbdəbəli həyat tərzi sürür, BƏƏ və Las-Veqasda istirahət edir.

Perri Edvards, 7 milyon funt sterlinq

"Beşiktaş"ın futbolçusu Aleks Oksleyd Çemberlinin nişanlısı olan 30 yaşlı Perri uğurlu pop ulduz və "Little Mix" qrupunun üzvüdür. Bütün platformalarda 15 milyarddan çox yayımla "Little Mix" dünyanın ən çox satışa sahib qruplarından biridir.

Corcina Rodriges, 9 milyon funt sterlinq

Corcina haqqında əlavə şərhə ehtiyac yoxdur. 29 yaşlı modelin üstünlüyü sosial media və Kriştiano ilə münasibətidir. Onun gəlirləri "Netflix" şousu "I Am Georgina", həmçinin "Guess" reklam kampaniyaları sayəsində artıb.

Ana İvanoviç, 13 milyon funt sterlinq

O, Almaniya futbolunun əfsanələrdinən olan Bastian Şvaynştayqerlə evlidir. 36 yaşlı serb gözəli 2008-ci ildə dünyanın bir nömrəli tennisçisi idi. Elə həmin il 12 həftə dünya tennisçilərinin sıralamasına başçılıq edib. O, tennis karyerasını başa vurduqdan sonra aktyorl kimi özünü sınayıb. Onun gəlirləri sırf bu iki sahəni əhatə edir.

Kolin Runi, 15 milyon funt sterlinq

37 yaşlı Kolin həyat yoldaşı Ueyn Runinin uğurundan yararlanıb. Ən son Disney üçün "The Real Wagatha Story" filmində hekayəsini danışıb. Kolin jurnallar üçün köşə yazıları yazıb. "Asda" və "Littlewoods" ilə müqavilələr bağlayıb. Eyni zamanda xanımlar üçün fitness DVD-ləri satıb. Dörd uşaq anası bir neçə avtobioqrafik kitab nəşr etdirib.

Antonella Rokkutso 16 milyon funt sterlinq

Dünyanın ən yaxşı futbolçusunun həyat yoldaşınun hər şeyi var. Onun işləməyə ehtiyac yoxdur. Bununla belə, Antonella "Adidas", "Alo Yoga" və "Ricky Sarkany" kimi brendlərlə müqavilə imzalayıb. O, həm də UNICEF-in səfiridir.

Anne-Katrin Götse, 28 milyon funt sterlinq

Soyadından göründüyü kimi Almaniyanı DÇ-2014-ün qalibi edən Mario Götsenin həyat yoldaşıdır. 33 yaşlı Ann-Katrin “Germany's Next Top Model” müsabiqəsinin iştirakçısı olub. O, vətənində GQ və FHM kimi jurnalların üz qabığında görünüb. Daha sonra çimərlik geyimi brendi "Lascana" üçün modellik edib. Anne-Katrin “Let's Dance” adlı realiti-şouda da iştirak edib. İndi sosial şəbəkədə iki milyon izləyicisi olan Anne-Katrin gözəllik məhsullarının reklamçısı və təsdiqçisidir.

Anna Levandovski, 36 milyon funt sterlinq

Robert Levandovskinin xanımı olan 35 yaşlı Annanın sahibkarlıq bacarıqları haqqında kifayət qədər danışmaq olar. Pəhriz və fitneslə bağlı hər şeyə marağı sayəsində uğur qazanıb. O, karateçi olub. Dəfələrlə dünya , Avropa və ölkə çempionluğunu qazanıb.

2013-cü ildə dietoloq kimi fəaliyyətə başlayıb. Bloqunda və kitabında qidalanma, məşq planları haqqında məsləhətlər verib. Anna sağlam qəlyanaltı və qida markası "Foods"un sahibidir.

Pilar Rubio, 47 milyon funt sterlinq

PO, təkcə ispaniyalı teleaparıcı deyil. Serxio Ramosun həyat yoldaşı kimi də tanınır. Televiziyada məşhurlaşmazdan əvvəl qaraşın gözəl İspaniyada alt paltarı markaları üçün model kimi çalışıb. Onun əfsanəvi futbolçuyla münasibətindən dörd oğlu var.

Viktoriya Bekhem, 55 milyon funt sterlinq

Viktoriya yəqin ki, bütün futbolçuların yoldaşları arasında ən məşhurudur. O, 90-cı illərdə "Wannabe" və "Spice Up Your Life" hitləri ilə dinləyiciləri ovsunlayan məşhur "Spice Girl" qrupunun üzvü kimi kapitalının əhəmiyyətli hissəsini qazanıb. Viktoriya indi özünün uğurlu geyim markasını idarə edir.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...