İşğaldan qurtarılan şəhər yenidənqurmadan sonra belə olacaq - FOTOLAR

25 Mart 2023 08:50 Araşdırma 616
İşğaldan qurtarılan şəhər yenidənqurmadan sonra belə olacaq - FOTOLAR

Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Hazırda ərazidə intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir.

Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq.

Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq.

Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq.

Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək.

İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək”.

Yeni qurulan Füzuli şəhərinin görüntülərini təqdim edirik:

fizuli 1 fizuli6

Fizuli9

fizuli8

fuszuli

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!