Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti - PROQNOZ

23 Mart 2023 15:30 Araşdırma 296
Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti - PROQNOZ

Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntıl olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!