"Qəbələ"ni çalışdırmış rusiyalı 3 nəfərin adını çəkdi

24 Yanvar 2023 11:00 Araşdırma 942
"Qəbələ"ni çalışdırmış rusiyalı 3 nəfərin adını çəkdi

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiya futbol çempionatları tarixinin ən yaxşı məşqçilərinin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, "championat.com"a danışan təcrübəli mütəxəssis iki yerli və bir xarici məşqçinin adını çəkib:

"Rusiya futbolunun ən yaxşı məşqçiləri: Oleq Romantsev və Valeri Qazzaevdir.

Xarici məşqçilərdən? UEFA Kubokunu qazanan Dik Advokat? Axı Valeri Qazzaev də bunu qazanıb.

Onda belə deyək, Oleq Romantsev, Valeri Qazzaev və Dik Advokat. Bu üç məşqçinin adını çəkə bilərəm".

Yuri Semin özü isə “Lokomotiv”in baş məşqçisi kimi üç dəfə (2002, 2004, 2017/2018) Rusiya çempionatının qalibi olub.

O, həmçinin 2009-cu ildə Kiyev “Dinamo”su ilə Ukrayna çempionluğunu da qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"