Mbappe Ronaldo və Messini qabaqladı - Bu göstəricidə

7 Dekabr 2022 00:20 Araşdırma 435
Mbappe Ronaldo və Messini qabaqladı - Bu göstəricidə

Dünya çempionatının 1/8 final mərhələsinin Polşa ilə görüşündə (3:1) dubla imza atan Fransa millisinin hücumçusu Kilian Mbappe vurduğu qolların sayını 250-yə çatdırıb.

Sportinfo.az xəbər verir ki, polşalılarla matç fransız üçün 360-cı oyun olub.

Mbappeyə bu göstəriciyə çatmaq üçün portuqaliyalı hücumçu Kriştiano Ronaldodan (510) 150, PSJ-nin hücumçusu Lionel Messidən (379) 19 oyun az lazım gəlib.

O, dörd oyunda beş qol vurmaqla hazırda Qətərdəki dünya çempionatının bombardiridir.

Fransa 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti