Məhkəməyə şikayət edən azərbaycanlı futbolçu külli miqdarda təzminat alacaq - QƏRAR

21 Sentyabr 2022 20:20 Araşdırma 3 320
Məhkəməyə şikayət edən azərbaycanlı futbolçu külli miqdarda təzminat alacaq - QƏRAR

«Bursaspor» ötən ilin sentyabrında müqavilə bağladığı Namiq Ələsgərova 200 min avrodan artıq təzminat ödəyəcək.

FİFA bununla bağlı qərar çıxarıb.

Belə ki, ötən mövsümü Türkiyənin TFF I Liqasında keçirən yarımmüdafiəçi kontrakt şərtlərinin yerinə yetirilməməsi səbəbindən ali futbol qurumuna şikayət edib

Millimizin üzvü «yaşıl timsahlar»ın son 5 ayın əməkhaqqısını ödəmədiyini məktubda göstərib.

Məhkəmə həm bu, həm də digər xüsusatları incələyib. Bu zaman Ələsgərovun «Sabah»la müqavilə bağlamaqla nə qədər pul itirməsi hesablanıb.

Bilindiyi kimi, o, «Bursaspor»la 2+1 illik müqavilə imzalamışdı. Şəhərin eyniadlı təmsilçisi TFF I Liqada yerini qoruya bilmədiyindən, digər legionerlər kimi, Ələsgərovla da vidalaşmalı olub.

II Liqada əcnəbi statuslu futbolçuların çıxış etməsinə icazə verilmədiyindən, o, azad agent statusu alıb.

Belədə Namiq «Sabah»a keçməli olub. «Bursaspor»la müqavilədə nəzərdə tutulmuş məbləğdən da aşağı rəqəmə. FİFA-nın qərarına əsasən,

Türkiyə klubu futbolçumuzun bu müddət üçün itirdiyi pulu da ona ödəməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti