“Neftçi”nin baş məşqçisi 8 addım irəlilədi

18 Avqust 2022 03:00 Araşdırma 2 812
“Neftçi”nin baş məşqçisi 8 addım irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda karyerasını davam etdirən 500 mütəxəssis yer alıb.

Ən yaxşılar sırasında Azərbaycan klubları iki məşqçi ilə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 161-cidir. Rumıniyalının hesabında 1648 xal var. O, son cədvəllə müqayisədə 8 addım irəliləyib.

Qurban Qurbanov 1595 xala malikdir. “Qarabağ”ın baş məşqçisi dünyanın 219-cusudir. 50 yaşlı mütəxəssis son ayarımda 1 pillə geriləyib.

Siyahıya Pep Qvardiola (2204) başçılıq edir. Yurgen Klopp (2124) ikinci, Antonio Konte (2094) üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada