“Rapid” BU FAKTı “Neftçi”yə göstərib öyünür - Bəs nə etməli?

11 Avqust 2022 21:20 Araşdırma 750
“Rapid” BU FAKTı “Neftçi”yə göstərib öyünür -  Bəs nə etməli?

“Neftçi” Bakıda əldə etdiyi 2:1 hesablı qələbənin davamını Vyanada gətirmək istəyir.

Baç məşqçi Laurentsiu Regekampf oyunöncəsi mətbuata konfransında Avstriyaya növbəti zəfərin dalınca gəldiklərini gizlətməyib.

Lakin fakt faktlığında qalır: “Rapid” “Aris” kimi təcrübəsiz, yaxud “Sperantsa” kimi imkansız deyil.

Ölkəsinin ən köklü və titullu klubu son illər “Allianz”da keçirdiyi matçlarda məğlubiyyət tanımır. “Neftçi”nin rəqibi doğma azarkeşləri önündə sonuncu dəfə 2016-ci ilin yayında məğlubiyyət acısı yaşayıb.

O vaxtdan bu yana yenilgi tanımayan “Rapid” son 6 oyunda uduzmayıb ki, hətta bunlardan 3-nü böyük hesablı qələbə ilə başa vurub. Rəqib qapılarından 15 top keçirən paytaxt təmsilçisi öz qapısında cəmi 2 qol görüb.

2018/2019, Avropa Liqası Liqası, 3-cü təsnifat mərhələsi

“Rapid” – “Slovan” (Slovakiya) – 4:0

Pley-off

“Rapid” – “Styaua” (Rumıniya) – 3:1

2021/22, Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

“Rapid” – “Sparta” (Çexiya) - 2:1

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

“Rapid” – “Anortosis” (Kipr) – 3:0

Pley-off

“Rapid” - “Zarya” (Ukrayna) – 3:0

2022/23, Avropa Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

“Rapid” – “Lexiya” (Polşa) – 0:0

“Neftçi”nin yuxarıda adları göstərilən 6 komandadan güclü və ya olduğunu iddia etmək çətindir. Bir şey “ağ-qaralar”ın xeyrinədir.

“Rapid” qol vurmaq üçün hər şey edəcək. Və belədə müdafiədə ciddi boşluqlar yaranacaq. Qalır boşluqlardan maksimum yararlanmağı bacarmaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti