Azərbaycan millisi evdə otura-otura... Dəyişməz qalacaq

9 Avqust 2022 02:40 Araşdırma 774
Azərbaycan millisi evdə otura-otura... Dəyişməz qalacaq

Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini cədvəl açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avqustun 25-də dərc olunacaq siyahıda bəzi dəyişikliklər olacaq.

Azərbaycan millisinin mövqeyi isə dəyişməz qalacaq. Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 128-ci pillədə qərarlaşacaq.

Yığmamızın aktivindəki xal sayı 1127,17-yə bərabər olacaq. Millimizin qonşularının mövqeyi dəyişəcək. Toqo Komor adalarını keçəcək və sonuncular 127-ci sıraya enəcək.

Qardaş Türkiyə yığmasının da mövqeyi toxunulmaz qalacaq. “Ay-ulduzlular” 1475,13 xalla 42-ci olacaq.

Cədvələ 1837,56 xalla Braziliya başçılıq edəcək.

Digər Xəbərlər
Xəbər Lenti