Paşinyan güzəştə getmək üçün bu sözləri dedi?

30 İyun 2022 12:50 Araşdırma 802
Paşinyan güzəştə getmək üçün bu sözləri dedi?

"Ermənistanın bir qrup eksperti hesab edir ki, Baş nazir Nikol Paşinyan son müsahibəsində “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib.

Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa, Azərbaycan müharibəyə başlayacaq. Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir".

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın onlayn mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib.

Politoloq vurğulayıb ki, Laçın şəhərinin və Laçın yolu boyu kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil:

“O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçın şəhərinin və Laçın yolu üzərindəki bir neçə kəndin Azərbaycana təhvil veriləcəyi erməni cəmiyyətinə əvvəlcədən bəlli idi.

Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsili olmadığını göstərir. Onun Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır. Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxutmağa çalışır, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda razılaşdırılan məsələlərin həllini uzatmazdı”.

Digər Xəbərlər
Xəbər Lenti