Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu - FOTO

27 Noyabr 2021 22:00 Araşdırma 428
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu - FOTO

Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada Fransanın “Renn” klubunun hücumçusu Qaetan Labord layiq görülüb.

O, ötən gecə Niderlandın “Vitess” komandası ilə 3:3 hesablı heç-heçə etdikləri oyunda het-trikə imza atıb.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Feyenoord”dan (Niderland) Siril Dessers, “Roma”dan (İtaliya) Nikolo Zanolo və “Bazel”dən (İsveçrə) Paytim Kasami də namizəd idi.

Digər Xəbərlər
Xəbər Lenti