Öz qapılarına vurulan qola sevindi, araşdırma başladı

15 Oktyabr 2021 18:20 Araşdırma 891
Öz qapılarına vurulan qola sevindi, araşdırma başladı

Ukrayna Futbol Assosiasiyası “Kremnya” klubunun futbolçusu Vitali Boykoya qarşı intizam işi açıb.

Sportinfo.az xəbər verir ki, Boyko “Ujqorod”la səfərdə keçirilən oyun zamanı öz qapılarına vurulan qola görə sevinib.

Rəqib qol vurduqdan sonra futbolçu hər iki əlini havaya qaldıraraq sevincini büruzə verib.

Federasiyanın etika komitəsi məsələ ilə bağlı araşdırma aparmaq qərarına gəlib. Futbolçu isə qola sevinmədiyini, əksinə qəzəbdən elə reaksiya göstərdiyini deyib:

“Avtobusla 20 saat yol qət edən biri rəqibin qoluna necə sevinə bilər?”

Qarşılaşma “Ujqorod”un qələbəsi ilə yekunlaşıb – 2:0.

Digər Xəbərlər
Xəbər Lenti