Millimizin formasını geyinmiş hücumçunun oğlu "Qızıl oğlan" ola bilmədi

20 Sentyabr 2021 00:56 Araşdırma 874
Millimizin formasını geyinmiş hücumçunun oğlu "Qızıl oğlan" ola bilmədi

Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatı üçün namizədlərin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün 40 oyunçudan ibarət siyahı hazırlanıb.

Siyahıda Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yer almayıb. O, Azərbaycan yığmasının keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Məşhur futbolçulardan Eduardu Kamavinqa ("Real Madrid", İspaniya), Erik Qarsiya, Pedri (hər ikisi "Barselona", İspaniya), Cud Bellingem, Covanni Reyna (hər ikisi "Borussiya" Dortmund, Almaniya), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Qabriel Martinelli, Bukayo Saka (hər ikisi "Arsenal" İngiltərə), Camal Musiala ("Bavariya", Almaniya), Nunu Mendeş (PSJ, Fransa) mükafat üçün yarışacaq.

2020-ci ildə bu mükafata Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən norveçli hücumçu Erlinq Holann layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti