"Bazel”i Bakıda izləməyə gərək duymadılar - SON DƏQİQƏ

15 Sentyabr 2021 15:00 Araşdırma 958
"Bazel”i Bakıda izləməyə gərək duymadılar - SON DƏQİQƏ

Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bazel”i gətirən təyyarə 15.30 radələrində Bakıya enib.

“Hava gəmisi”ndə klub rəhbərliyi, texniki və məşqçilər heyəti, eləcə də, futbolçulardan başqa heç kim olmayıb.

Buna səbəb UEFA-nın koronavirus pandemiyasına görə səfər uçuşlarına qoyduğu məhdudiyyətdir.

Bu isə o deməkdir ki, İsveçrədən Azərbaycana jurnalist və azarkeşlər təşrif buyurmayacaq. Vəziyyətin belə alınmasında iki ölkə arasındakı yol uzaqlığı böyük rol oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti