Avro-2020-də ilk oyununa çıxdı, ən yaxşı futbolçu seçildi

24 İyun 2021 01:38 Araşdırma 638
Avro-2020-də ilk oyununa çıxdı, ən yaxşı futbolçu seçildi

Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda keçirilən Slovakiya - İspaniya matçının (0:5) ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, İspaniya millisinin üzvü Serxio Busketsdir.

"Barselona"nın yarımmüdafiəçisi sözügedən qarşılaşmada qol vurmasa da, 44 düzgün ötürmə verib. Onun hücumda və müdafiədə komandaya tarazlıq gətirdiyi bildirilib.

Buskets koronavirus səbəbindən Avro-2020-nin qrup mərhələsinin ilk 2 oyununu buraxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti