
AÇ-2020-nin F qrupu çərçivəsində keçirilən Macarıstan – Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Macarıstan yığmasının yarımmüdafiəçisi Laslo Klaynhaysler bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Macarıstan – Fransa matçı 1:1 hesabıyla başa çatıb.