DİN-nin klubu nazirliyin qapısını döydü - Buranı bizə verin, düzəldək

11 Avqust 09:40 II Divizion 2 277
DİN-nin klubu nazirliyin qapısını döydü - Buranı bizə verin, düzəldək

«Dinamo» Gənclər və İdman Nazirliyinə (GİN) müraciət edib.

II Liqada mübarizə aparan klubun planı Abşeron Olimpiya Kompleksi ilə bağlıdır.

«Polislər»in məqsədi buranın stadionunu uzunmüddətli icarəyə götürməkdir.

GİN müraciəti müsbət cavablandırarsa, arena tezliklə təmirə bağlanacaq. Futbol qurğusunda bir sıra yenidənqurma işləri aparılacaq.

İlk növbədə qazon dəyişdiriləcək. Süni ot örtüyü daha keyfiyyətli yenisi ilə əvəzlənəcək. Həmçinin paltardəyişmə otaqlarına «əl gəzdiriləcək», tribunalarda yeni oturacaqlar quraşdırılacaq.

Daxili İşlər Nazirliyinin təmsilçisi olan «Dinamo» bu işləri daxili imkanları hesabına həyata keçirəcək. Ondan sonra klub tam şəkildə

Xırdalan şəhərində yerləşəcək. Həm əsas, həm də aşağı yaş qrupları üzrə komandalar burada məşq edəcək, çempionat oyunlarını keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM