"Bakıda bu şərtlər altında oynamağa məcburuq"

"Bakıda bu şərtlər altında oynamağa məcburuq"

"Orhus" Çempionlar Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Sabah"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Poulsen pley-offa yüksəlmək üçün mübarizə aparacaqlarını bildirib,

43 yaşlı mütəxəssis deyib:

“Ümid edək ki sabah yaxşı oyun sərgiləyəcəyik. Uzun yol qət etmişik.

Həftəsonu oyun keçirməmişik. Bu fasilə bizə çox yaxşı təsir etdi.

Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün oynayacağıq. Heyətdə zədəli futbolçular var idi. Artıq sağalıblar, oynayacaqlar.

Üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir, amma bu şərtlər altında oynamağa məcburuq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!