“Benito” ləqəbli cinah yarımmüdafiəçisi ilə “nigah” bağlandı

11:20 Kəpəz 101
“Benito” ləqəbli cinah yarımmüdafiəçisi ilə “nigah” bağlandı

"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Olabiran Blessinq Muyiva “sarı-göylər”in formasını geyinəcək. 27 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

"Benito" ləqəbli cinah yarımmüdafiəçisinin son klubu Kipr “Akritas”ı olub.

"Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax"), Azuma Abubakar (son klubu “Lustenau”, Avstriya), Urfan Abbasov (son klubu "Araz-Naxçıvan"), Kennet Kalunqa (son klubu “Mingəçevir”), Viktor Stina (Son klubu "Zimbru", Moldova), Hüseyn Babayev ("Baku Sportinq") və Namiq Ələsgərovu ("Zirə"0 da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!