Növbəti mövsümdə I Liqada mübarizə aparacaq “Karvan-Yevlax” Mirəli Əhmədovu transfer edib.
Sportinfo.az bu barədə Yevlax klubuna istinadən xəbər verir.
U-21 yığmasının şərəfini qorumuş 23 yaşlı müdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
O, karyerası ərzində “Neftçi”, “Sabah”, “Şamaxı” və “Səbail” klublarının formasını geyinib.
