AVRO-2020-də 8-ci oyun günü nə ilə yadda qaldı?

19 İyun 2021 13:30 Araşdırma 1 011
AVRO-2020-də 8-ci oyun günü nə ilə yadda qaldı?

AVRO-2020-nin 8-ci oyun günü bəzi maraqlı məqamlarla əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, qrup mərhələsinin II turunun üçüncü günündə bəzi rekordlar və diqqətçəkən göstəricilər rəsmiləşib.

Slovakiya ilə oyunda qələbə qolunu ikinci hissədə vuran İsveç Avropa çempionatlarındakı 26 topdan 23-nü fasilədən sonra vurub. Bu, 88 faiz təşkil edir. İsveç faiz göstəricisinə görə turnirin mütləq rekordçusudur.

İsveç – Slovakiya oyununda start heyətdə yer alanların orta yaşı 30 il 125 gün təşkil edib. Avropa çempionatları tarixinin ikinci “qoca matçı”dır. Yalnız AVRO-2008-in Yunanıstan – İsveç görüşündə daha yüksək rəqəm qeydə alınıb – 30 il 178 gün.

Çexiya ilə oyunda qol vuran Xorvatiya millisinin üzvü İvan Perişiç son 4 böyük turnirdə rəqib qapısına yol tapıb. O, DÇ-2014, AVRO-2016, DÇ-2018 və AVRO-2020-də qol vurub. Perişiç 4 böyük turnirdə qol vuran ilk xorvatiyalıdır.

Çexiya millisi (Çexoslovakiya da nəzərə alınmaqla) ardıcıl 24-cü penalti zərbəsini dəqiq yerinə yetirib. Patrik Şikin Xorvatiyaya vurduğu qoladək 23 belə zərbə dəqiq olub. Bu, oyunsonrası penaltilər seriyası nəzərə alınmaqla belə yüksək həddə çatıb. Çexoslovakiya yalınız ilk penaltisini – AVRO-1960-da qaçırıb və sonra dəqiq zərbələri sıralayıb.

İngiltərə millisi Şotlandiya ilə oyunda tarixinin ən gənc start heyətinə güvənib. 25 yaş 31 günlük olan bu start “11-liy”i İngitərənin dünya və qitə çempionatlarının final mərhələlərindəki çıxışı ərzində ən gənc heyətdir.

İngiltərə Avropa çempionatlarında 6-cı qolsuz heç-heçə edib. Yalnız İtaliya daha çox – 8 belə nəticəyə malikdir.

Digər Xəbərlər
Xəbər Lenti