BATE, “Partizan”, “Aberdin” Azərbaycan klublarını gözləyir

5 May 2021 19:40 Araşdırma 3 797
BATE, “Partizan”, “Aberdin” Azərbaycan klublarını gözləyir

Avropa Konfrans Liqasında Azərbaycan klubları ilə görüşə biləcək komandalardan 43-ü bəllidir.

Sportinfo.az xəbər verir ki, ilk dəfə təşkil olunacaq bu turnirdə təmsilçilərimiz II təsnifat mərhələlərindən yarışa qatılacaq.

Azərbaycan kubokunun qalibi, həmçinin çempionatın gümüş və bürünc mükafatçıları həm özləri kimi 2-ci raunddan yarışa qatılacaq, həm də 1-ci mərhələdə oynayacaq komandalarla üz-üzə gələ bilər.

I təsnifat mərhələsində oynayacaq 70 klubdan 27-si bəllidir. Komandalarımızla eyni vaxtda yarışa qoşulacaq 16 iştirakçı da dəqiqləşib.

Onlar arasında BATE, “Partizan”, “Aberdin” kimi bir sıra arzuolunmaz rəqiblər var. İlk iki mərhələnin püşkü iyunun 15-16-da atılacaq.

I təsnifat mərhələsi
“Dandolk” (İrlandiya)
“Suduva” (Litva)
“Klaksvik” (Farer adaları)
“KuPS” (Finlandiya)
“Hafnarfyordur” (İrlandiya)
“Liepaya” (Latviya)
“Hibernians” (Malta)
“Styarnan” (İslandiya)
“Uypeşt” (Macarıstan)
“Puşkaş Akademiyası (Macarıstan)
“Runavik” (Farer adaları)
“Bala Taun” (Uels)
“Qzira” (Malta)
“Breydablik” (İslandiya)
“Jalgiris” (Kaunas, Litva)
RFS (Latviya)
“İnter” (Finlandiya)
“Panevejis” (Litva)
“Bohemians” (İrlandiya)
“Sliqo Rovers” (İrlandiya)
“Birkirkara” (Malta)
“Valmiera” (Latviya)
“Qaqra” (Gürcüstan)
“Dinamo” (Batumi, Gürcüstan)
“Honka” (Finlandiya)
“Dila” (Gürcüstan)
“Payde” (Estoniya)

II təsnifat mərhələsi
“Astana” (Qazaxlstan)
“Partizan” (Serbiya)
BATE (Belarus)
“Molde” (Norveç)
“Rusenborq” (Norveç)
“Aberdin” (Şotlandiya)
AEL (Kipr)
“Çukariçki” (Serbiya)
“Voyvodina” (Serbiya)
“Valerenqa” (Norveç)
“Haken” (İsveç)
“Elfsborq” (İsveç)
“Tobol” (Qazaxıstan)
“Şaxtyor” (Qazaxıstan)
“Torpedo” (Belarus)
“Rux” (Polşa)

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!