"Neftçi" heyətinə yeni oyunçu cəlb edib.
"Ağ-qaralar" "Sabah"dan qapıçı Rüstəm Samiqullini icarəyə götürüb.
Onunla 1 illik müqavilə imzalanıb. U-21 millimizin kiperi "Neftçi"də 30 nömrəli formanı geyinəcək.
Masazır təmsilçisi Rüstəmi təzminat istəmədən qarşı tərəfin ixtiyarına verib. Amma bu yandan özləri də onunla anlaşmanın müddətini 1 illik uzadıblar.
«Neftçi» ötən həftələrdə iki qapıçısı ilə vidalaşıb. Aqil Məmmədov zxroniki zədə səbəbindən kayrerasını 35 yaşında bitirib, İvan Brkiç isə Polşada «Motor»la kontrakt bağlayıb.
Roman Qriqorçuk «Sabah»dan gələn gənci üçüncü qapıçı olaraq nəzərdə tutub. Yaxın günlərdə düşərgəyə daha bir kiperin cəlb edilməsi gündəmdədir.
"Neftçi" bu yay Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer və Andrey Ştoqrini də heyətinə cəlb edib.
SPORTİNFO.AZ