"Qarabağda onların bərpası üçün 50-100 il lazımdır" - VİDEO

21 Aprel 2021 09:50 Araşdırma 680
"Qarabağda onların bərpası üçün 50-100 il lazımdır" - VİDEO

"Qarabağdakı memarlıq abidələrinin bərpası üçün bizə 50-100 il vaxt lazımdır".

Sportinfo.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında memar Elçin Əliyev deyib.

O bildirib ki, abidələrin bərpası prosesində tələsməli deyilik: “Düzdür, biz digər ölkərin aparıcı şirkətlərini də bu prosesə dəvət etmişik. Lakin il ərzində 5-15 memarlıq abidəsindən artıq abidə bərpa edə bilmərik.

Burada minlərlə abidədən söz getdiyi üçün siyahı tərtib etməliyik. Hansı abidənin nə zaman bərpa edilməsi barədə proqram olmalıdır. İşləri keyfiyyətlə görməliyik ki, abidə 1000 il bundan sonra da qalsın”.

Memar onu da qeyd edib ki, ilk növbədə Şuşa, Ağdamdakı məscidlər, monastr kompleksləri da daxil olmaqla dünya səviyyəli memarlıq abidələri bərpa edilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı