Şuşa məscidi və Xudafərin körpüsünün maketi hazırlandı - VİDEO

7 Mart 2021 21:50 Araşdırma 5 898
Şuşa məscidi və Xudafərin körpüsünün maketi hazırlandı - VİDEO

Goranboyun Qazanbulaq qəsəbəsindəki küçədən keçənlər həm Şuşa məscidini görə bilir, həm də Xudafərin körpüsünü.

Sportinfo.az xəbər verir ki, Qazanbulaq qəsəbəsində yaşayan rəssam-heykəltəraş Məhərrəm Əkbəri öz həyətində maraqlı əl işi hazırlayıb.

Vətən müharibəsində qazanılan qələbədən sonra M.Əkbəri Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin və Cəbrayıl rayonun ərazisində İranla sərhəddə yerləşən Xudafərin körpüsünün maketini düzəldib.

O, həmin məkanlarda olmasa da qələbədən ruhlanıb və bir ay ərzində öz ideyalarını gerçəkləşdirib.

Qazanbulaq qəsəbə sakinləri, həmçinin bura gələn digər bölgələrdən olan qonaqlar M.Əkbərinin əl işini maraqla qarşılayırlar.

Xüsusi daşlardan hazırlanan Xudafərin körpüsü, Şuşa məscidi, türbə açıq havada muzeyi xatırladır.

Goranboylu rəssam-heykəltəraş yaratdığı kiçik abidədə hələ işlərin bitmədiyini deyir. O, gələcəkdə həyətində qurub yaratdığı maraqlı məkanda Qarabağ xalçalarını da görməyin mümkün olacağını bildirib.

Ətraflı süjeti təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti