Xocalı və Şuşada kütləvi məzarlıqlar aşkarlandı - FOTOLAR

2 May 07:20 Araşdırma 1 098
Xocalı və Şuşada kütləvi məzarlıqlar aşkarlandı - FOTOLAR

İşğaldan azad olunan​ Xocalıda üçüncü dəfə kütləvi məzarlıq aşkarlanıb.

Kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir.

Xocalıda ötən ilin fevralında iki dəfə kütləvi məzarlıq aşkarlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.

Onlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa - Laçın yolunun birləşməsində aşkar edilib.

E.Səmədovun sözlərinə görə, qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir: “Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.

E. Səmədovun sözlərinə görə, meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür, meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var: “Aşkar görünür ki, mülki şəxslərə qarşı zorakılıq hadisələri baş verib. Ekspert rəylərinə görə, onlardan çoxu qadınlardır”.

O qeyd edib ki, bu günə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb: “Son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz”.

Eldar Səmədov əlavə edib ki, aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq: “Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzrlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınıb sənədləşdirilir” (qafqazinfo).

Həmin fotoları təqdim edirik:












Digər Xəbərlər
Xəbər Lenti