Yığmanın sabiq üzvü koronavirusdan sağaldığını açıqladı

29 Aprel 01:38 Almaniya 155
Yığmanın sabiq üzvü koronavirusdan sağaldığını açıqladı

Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann koronavirusa yoluxduğunu bəyan edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Bild”ə açıqlamasında məlumat verib.

Hazırda 50 yaşlı olan sabiq qolkiper bildirib ki, sözügedən pandemiyaya martın ortalarında yoluxub. Özünü iki həftəlik karantinə alan qolkiper koronavirusu adi qrip xəstəliyindən də yüngül keçirdiyini söyləyib. O, bir neçə gün temperaturunun yüksək olduğunu və öskürəkdən əziyyət çəkdiyini bildirib.

Almaniya yığmasında 60-dan çox oyun keçirmiş Lemann, karyerası ərzində “Şalke”, “Milan”, “Borussiya” (Dortmund), “Arsenal” (London) və “Ştutqart” klublarının şərəfini qoruyub.

Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?