"Bavariya"ya qarşı tək gözlə oynayan qapıçı 10 seyv etdi

1 Dekabr 2019 12:37 Almaniya 1 069
"Bavariya"ya qarşı tək gözlə oynayan qapıçı 10 seyv etdi

Almaniya Bundesliqasının XIII turunun "Bavariya" - "Bayer" oyununda maraqlı hadisə yaşanıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, qonaq komandanın qapıçısı Lukaş Qradetski ilk hissənin sonuna 20 dəqiqə qalmış gözlərindəki linzalardan birini itirib. Nəticədə slovak əsilli finlandiyalı qolkiper fasiləyə qədər bu vəziyyətdə oynamalı olub:

"İlk yarıda kontakt linzamı itirdim və demək olar ki, 20 dəqiqə həmin gözümlə heç nə görə bilmədim. Siz bir gözlə "Bavariya"ya qarşı oynaya bilərsiz?".

Qeyd edək ki, 30 yaşlı qapıçı 2:1 hesabı ilə qalib gəldikləri görüşdə 10 seyv edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!