"Keçilər" başsız qaldı

10 Noyabr 2019 11:41 Almaniya 632
"Keçilər" başsız qaldı

Almaniyanın “Köln” klubunun uğursuz çıxışı rəhbərliyin "səbr kasası"nı daşırıb. 11-ci turda evdə "Hoffenhaym"a məğlubiyyətdən sonra (1:2) baş məşqçi Axim Bayerlorzer istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, məlumatı Bundesliqa təmsilçisinin rəsmi saytı yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilib. “Köln"ü müvəqqəti olaraq Andre Pavlyak və Manferd Şmidin çalışdıracağı bildirilib.

"Keçilər" ləqəbini daşıyan komanda bundesliqada 11 turdan sonra 18 iştirakçı arasında 17-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!