Kloppun Almaniya millisindəki köməkçiləri kimlər olacaq?

18:40 Almaniya 159
Kloppun Almaniya millisindəki köməkçiləri kimlər olacaq?

Almaniya millisinin yeni baş məşqçisi olmağa hazırlaşan Yurgen Kloppun məşqçilər heyəti demək olar formalaşıb.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, Sven Bender Kloppun köməkçisi təyin olunmağa yaxındır.

Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb.

Kloppun qərargahında onun uzun illik köməkçiləri Peter Kravits və Pepeyn Leynders də yer alacaqlar.

37 yaşlı Bender iyulun əvvəlində futbolçu karyerasını başa vurduqdan sonra çalışdığı “Unterhakinq” (Almaniya, 3-cü liqa təmsilçisi) klubundan ayrılıb.

O, futbolçu kimi Dortmund “Borussiya”sında məhz Kloppun rəhbərliyi altında çıxış edib, iki dəfə Almaniya çempionu, bir dəfə isə ölkə kubokunun qalibi olub.

Bender karyerasını başa vurduqdan sonra “Borussiya”da Edin Terziç və Nuri Şahinin məşqçilər heyətində çalışıb. O, həmçinin, Almaniyanın U-16 millisində baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib.

Peter Kravits Kloppla birlikdə “Maynts”, Dortmund “Borussiya”sı və “Liverpul”da fəaliyyət göstərib.

Pepeyn Leynders isə uzun illər “Liverpul”da almaniyalı mütəxəssisin köməkçisi olub. O, 2024-cü ildə Avstriyanın “Zalsburq” komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Gözlənilir ki, Klopp bu həftə Almaniya Futbol İttifaqı ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacaq.

Onun iyulun 24-də Almaniya millisinin yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacağı bildirilir. Klopp bu postda Yulian Naqelsmannı əvəz edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti